Belçikada seçkilərdə səsvermə yaşının 16-ya endirilməsi təklif edilibbackend

Belçikada seçkilərdə səsvermə yaşının 16-ya endirilməsi təklif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın Flamand bölgəsində seçkilərdə səsvermə yaşının 16-ya endirilməsi təklif olunub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Flamand regionunda sosialist Vooruit partiyasının regional şuraya təqdim etdiyi təklifin yaxın həftələrdə müzakirəyə çıxarılması planlaşdırılır.

Təklifdə 16 və daha yuxarı yaşda olan gənclərin böyüklər kimi səs verməsinin tələb olunmayacağı nəzərdə tutulur.

Təkliflə bağlı qərarın yaydan əvvəl verilməsi və buna görə də 2024-cü ilin oktyabrında keçiriləcək yerli seçkilərə hazırlıq görülməsi hədəflənir.

Ötən il Belçikada Avropa Parlamentinə seçkilərdə səsvermə yaşı 16-ya endirilib.

2024-cü ildə Avropa Parlamentinə keçiriləcək seçkilərdə 16 yaşlı gənclər də səs verə biləcəklər.