Tunis sahillərində miqrant qayığı batıb, 15 nəfər ölüb, 47 nəfər xilas edilibbackend

Tunis sahillərində miqrant qayığı batıb, 15 nəfər ölüb, 47 nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 15 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qanunsuz miqrantları daşıyan qayığın ölkənin cənubundakı Sfaks şəhəri sahillərində batdığını, Dəniz Qüvvələrinin axtarış-xilasetmə qrupunun 15 immiqrantın cəsədlərinə çatdığını bildirib.

Cebablı 5-i qadın, 9-u uşaq olmaqla 47 immiqrantın xilas edildiyini bildirib.

Havaların istiləşməsi ilə nizamsız miqrasiya cəhdlərinin artdığı Tunisdə ötən gün iki qayığın batması nəticəsində 10 nəfər ölüb, 76 nəfər xilas edilib.

Tunis Milli Təhlükəsizlik Qüvvələri aprelin 7-də verdiyi açıqlamada, yanvarın 1-dən martın 31-dək Tunis sahillərində həyata keçirilən əməliyyatlarda 900-ə yaxın qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alındığını və çoxu subatanlardan olan 27 mindən çox qeyri-qanuni miqrantın tutulduğunu bildirib.