Şimali Koreya bu günə qədər özünün “ən güclü” raketi olan yeni bərk yanacaqlı qitələrarası ballistik raketi sınaqdan keçirir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, “Hwasong-18” bərk yanacaqlı qitələrarası ballistik raketlər ölkənin nüvə zərbəsi qabiliyyətini “əhəmiyyətli dərəcədə artırıb” və “düşmənlərə qorxu və narahatlıq gətirəcək”.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın cümə axşamı keçirdiyi son sınaqlarda “yeni tip ballistik raket atdığını” iddia edib.
Raket sınağından sonra Yaponiyanın Hokkaydo adasında da həyəcan siqnalı verilib. Amma sınaqlar heç bir təhlükə yaratmayıb.
Hwasongpho-18-in inkişafı ilə Şimali Koreyanın strateji çəkindirmə qabiliyyətinin gücləndiriləcəyi bildirilib.
Kim Çen In testi qızı, arvadı və bacısı ilə birlikdə idarə edib.
Bərk yanacaqla işləyən raketlər maye yanacaqla işləyən raketlərdən daha sürətli atış edə bilir, bu da onları aşkar etməyi və ələ keçirməyi çətinləşdirir.