Bu ölkədə səfərbərlik elan edildibackend

Bu ölkədə səfərbərlik elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina Fasoda son vaxtlar artan terror aktları ilə mübarizə üçün səfərbərlik elan edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rəyasət Heyətindən verilən açıqlamada ilin əvvəlindən davam edən terror aktları ilə effektiv mübarizə aparmaq üçün ümumi səfərbərlik elan edildiyi açıqlanıb.

Açıqlamada qeyd olunub ki, səfərbərlik elan edilməsində məqsəd terrorla mübarizədə atılacaq hər cür addımlar üçün hüquqi bazanın yaradılmasıdır.

Səfərbərliyin necə həyata keçiriləcəyi ilə bağlı heç bir təfərrüat verilməsə də, bəzi mənbələr terrordan ən çox təsirlənən bölgələrdə fövqəladə vəziyyətin elan oluna biləcəyini irəli sürüblər.

Dünyanın ən kasıb ölkələrindən biri olan Burkina Fasoda 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları hücumlar həyata keçirir.

Keçən həftə Niger sərhədinə yaxın iki kəndə edilən hücumlarda 44 nəfər, fevral ayında şimalda baş verən digər hücumda isə 51 əsgər həlak olub.

Hücumların artması səbəbindən ayın əvvəlində Baş Qərargah rəisi dəyişdirilib və bu vəzifəyə Celestin Simpore təyin edilib.