Avstraliyanın qərbinə təsir edəcəyi ilə bağlı xəbərdarlıq edilən “İlsa” qasırğası Hedland limanı yaxınlığında baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şiddətli “İlsa” qasırğası sahilyanı ərazilərdə intensiv şəkildə hiss olunmağa başlayıb.
Gecə yarısından bir az əvvəl qasırğa 5-ci kateqoriyada olan ölkənin dəmir ixrac mərkəzi olan Hedland Limanı yaxınlığındakı əraziləri vurub.
Təxminən, 14 ildir bölgəni vuran ən güclü qasırğa olaraq qeydə alınan “İlsa” qasırğası daha sonra 3-cü kateqoriyaya düşüb.
Daxili bölgələrdə bəzi yaşayış məntəqələri üçün qırmızı həyəcan siqnalının davam etdiyini bildirən səlahiyyətlilər, infrastruktur problemləri və ya qasırğanın səbəb olduğu hər hansı xəsarət barədə hələ məlumat verilmədiyini bildirib.
Avstraliya Meteorologiya Bürosu “İlsa” qasırğasının ölkə daxilində hərəkət etdiyini, lakin yaxın günlərdə onun intensivliyinin azalacağı gözlənilir.
On minlərlə evə təsir edəcəyi gözlənilən “İlsa” qasırğası öncəsi “fırtına” xəbərdarlığı edilən Qərbi Avstraliya əyalətində xalq hazırlıq üçün bazar rəflərini boşaltdı.
Avstraliyada 2021-ci ildə ölkəyə təsir edən tropik Seroja qasırğası 31 mindən çox evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Qasırğa turistlərin məskunlaşdığı Kalbarri şəhərində binaların 70 faizinə ziyan vurub.
Avstraliya Meteorologiya Xidməti Serojanın Kalbarri şəhəri və ətrafında “ən azı 50 ilin ən güclü qasırğası” olduğunu bildirib.