Daştəpə kənd sakinləri kəndə daxil olan polislərin cəzalandırlmasını tələb edirlərbackend

Daştəpə kənd sakinləri kəndə daxil olan polislərin cəzalandırlmasını tələb edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli bələdiyyəsinin Daştəpə kəndində yerli sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında gərgin vəziyyət davam edir.

İnterpress.az xəbər verir ki, kənd sakinləri qəzaya uğrayan avtomobilin hadisə yerindən aparılmasının əleyhinə çıxaraq əraziyə ekspertizanın gəlməsini tələb ediblər.

Onlar, bu gün axşam saatlarında kənd ərazisində baş verən avtomobil qəzasında polis patrul əməkdaşlarının günahkar olduğunu və bu səbəbdəndə onların cəzalandırlmalı olduğunu bildirirlər.