İranda hicab qadağası ilə bağlı etirazlar davam edir.
Bu barədə İnterpress İslam Təşkilatları Tələbə Birliyinin Telegram səhifəsində yayımlanan görüntülərə əsasən xəbər verir.
22 yaşlı Mahsa Emini 2022-ci il sentyabrın 16-da İranın paytaxtı Tehranda 13 sentyabr 2022-ci ildə əxlaq polisi tərəfindən nəzarətə alındıqdan sonra vəfat edib.
Eminin ölümündən sonra başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib və etirazlarda yüzlərlə insan həyatını itirib. Ölkədə minlərlə insan Eminin ölümünə etiraz etdiyinə və məcburi geyim tərzinə qarşı çıxdığına görə saxlanılıb.
Kütləvi nümayişlərin başa çatmasına baxmayaraq, İranın bir çox bölgələrində qadınlar ictimai yerlərdə, ticarət mərkəzlərində, kafelərdə, banklarda, məktəblərdə və küçələrdə başlarını örtməyərək etirazlarını davam etdirirlər.
Daxili İşlər və Ədliyyə Nazirliyindən ayrı-ayrılıqda verilən açıqlamalarda məcburi hicab qaydasını pozanlara qarşı tədbir görüləcəyi, daha sonra isə küçə və prospektlərdəki kameraların hicab yoxlaması üçün istifadə ediləcəyi bildirilib. .