Burkina Fasoda orduya hücum nəticəsində 42 təhlükəsizlik qüvvəsi həlak olubbackend

Burkina Fasoda orduya hücum nəticəsində 42 təhlükəsizlik qüvvəsi həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina Fasoda ordunu hədəf alan hücumda 32 könüllü milis və 10 əsgər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ordunun bəyanatına görə, ölkənin şimalındakı Yatenqa rayonundakı könüllü milis qərargahı naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Terrorçularla hücuma cavab vermək üçün bölgəyə hərəkət edən əsgərlər arasında baş verən qarşıdurmada 10 əsgər və 32 könüllü milis həyatını itirib.

Hadisə zamanı 33 nəfər yaralanıb, ən azı 50 terrorçu zərərsizləşdirilib.

Dünyanın ən kasıb ölkələrindən biri olan Burkina Fasoda 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları hücumlar həyata keçirir.

Bu yaxınlarda Niger sərhədinə yaxın iki kəndə edilən hücumlarda 44 nəfər, fevralda şimalda baş verən digər hücumda isə 51 əsgər həlak olub.

Hücumların artması səbəbindən ayın əvvəlində Baş Qərargah rəisi vəzifəsindən azad edilib və yerinə Celestin Simpore təyin edilib.