Sudanda toqquşmalarda 83 nəfər ölübbackend

Sudanda toqquşmalarda 83 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda ordu ilə milis Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-də başlayan qarşıdurmalarda 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dünən müxtəlif şəhərlərdə olduğu kimi paytaxt Xartumda da ordu ilə HDK arasında gərgin toqquşmalar davam edib.

Ümumdünya Səhiyyə Təşkilatı: “15 apreldən bu yana Xartum, Cənubi Kurdufan, Şimali Darfur və Şimal əyalətlərində və müxtəlif bölgələrdə baş verən qarşıdurmalarda ən azı 83 nəfər ölüb, 1126 nəfər yaralanıb. Ən şiddətli qarşıdurmalar Xartumda yaşanır”.