Hindistanın Maharaştra əyalətində açıq havada keçirilən tədbirə qatılan 13 nəfər həddindən artıq istilərin yaratdığı sağlamlıq problemlərindən sonra dünyasını dəyişib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hindistanın Maharaştra ştatının Navi Mumbay şəhərində havanın temperaturu 38 dərəcəyə qədər yüksələrək insan tələfatına səbəb olub.
Navi Mumbai şəhərində yerli vaxtla saat 11.30 radələrində başlayan və 13.00-a qədər davam edən açıq hava tədbirinə yüzlərlə insan qatılıb.
Daxili işlər naziri Amit şahın da iştirak etdiyi və xidmətlərinə görə yerli hakimiyyət orqanlarına mükafat təqdim etdiyi tədbirdə iştirakçılar susuzluqdan və isti havadan huşunu itiriblər.
Səlahiyyətlilərin verdiyi açıqlamada, həddindən artıq istilərin yaratdığı sağlamlıq problemlərindən ən azı 13 nəfərin öldüyü bildirilib.
İsti havaya baxmayaraq saatlarla günəş altında oturaraq həyatını itirən iştirakçıların ailələrinə dövlət tərəfindən maddi dəstək veriləcək.