Hindistanda iki il əvvəl COVID-19 səbəbiylə öldüyü elan edilən və onun üçün kremasiya mərasimi keçirilən Kamleş Patidar vətənə qayıdıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Hindistanın Madhya Pradeş əyalətinin Dhar şəhərinin sakini, COVID-19 səbəbiylə öldüyü güman edilən Patidar iki il sonra ailəsinin yanına qayıdıb.
Patidarın qohumu Mukeş Patidar jurnalistlərə bildirib ki, Kamleş Patidar 2021-ci ildə COVID-19 epidemiyasının ikinci dalğasında ağır xəstə olaraq Qucarat Dövlət Xəstəxanasına aparılıb və onlar daha sonra onlara təhvil verilən cənazə mərasimi keçiriblər.
Öldüyünü zənn etdikləri Kalmeş Patidarın iki ildən sonra bibisinin qapısını döydüyünü qeyd edən Mukeş Patidar, hadisə ilə əlaqədar bütün ailə üzvlərinin və yaxınlarının şokda olduğunu bildirib.
Mukeş Patidar iki il ərzində Kalmeş Patidarın harada olduğu barədə onlara heç bir məlumat vermədiyini bildirib.
Kanvan rayon polis məmuru Ram Singh Rathore də ailəsi tərəfindən öldüyü düşünülən Patidarın əsl hekayəsinin ifadəsi alındıqdan sonra aydınlaşacağını bildirib.