Avropa Komissiyası Polşa və Macarıstanın Ukraynadan taxıl idxalına qoyulan qadağaya etiraz edir.
İnterpress.az xəbər verir ki, Polşa və Macarıstan Aİ-yə üzv ölkələrin ticarət məsələsində birtərəfli addım atmasının qəbuledilməz olduğunu bildirir.
“Bizə Polşa və Macarıstanın Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması ilə bağlı bəyanatları barədə məlumat verilib. Bu kontekstdə vurğulamaq vacibdir ki, ticarət siyasəti Avropa İttifaqının müstəsna səlahiyyətidir və buna görə də birtərəfli hərəkətlər qəbuledilməzdir. Belə çətin bir zamanda Avropa İttifaqı daxilində bütün qərarların koordinasiyası və uyğunluğu həlledici əhəmiyyət kəsb edir”, – deyə Avropa Komissiyasının sözçüsü bildirib.
Xatırladırıq ki, Polşa və Macarıstan Ukraynadan taxıl və onlarla digər ərzaq məhsullarının idxalını qadağan etmək qərarına gəliblər. Bu ölkələrin hökumətləri izah edirlər ki, bu addım bazarda Ukrayna taxılının bolluğu fonunda yerli fermerləri qoruyacaq.