“Lotu Quli”nin qardaşı yetim uşaqlar üçün iftar süfrəsi açıb.
İnterpress.az xəbər verir ki, Əslən Gürcüstanın Dmanisi rayonunun Məmişli kənd sakini, azərbaycanlı “Qanuni oğru” Namiq Səlifov müqəddəs Ramazan ayı münasibətilə Kamerundakı yetim uşaqlar üçün iftar süfrəsi açıb.
Məlumatda qeyd olunur ki, kriminal avtoritet hər ilin Ramazan ayında kimsəsiz və yoxsul ailələrə yardım edir.






