SpaceX, kosmosun tədqiqi ümidlərinin mərkəzində olan yeni nəhəng raket Starship-in ilk buraxılış cəhdinin təxirə salındığını açıqladı.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
SpaceX-in Baş İcraçı Direktoru (CEO) Elon Musk bildirib ki, 12 metrdən çox olan nəhəng raketin təzyiq klapanının donduğunu gördükdən sonra buraxılışın ləğv edildiyini və ikinci buraxılış cəhdinin reallaşacağını söyləyib.
SpaceX-in canlı yayımında qeyd olunub ki, ən azı 48 saat ərzində başqa bir buraxılış cəhdi mümkün deyil.
Marsa ekipaj göndərməyi hədəfləyən şirkət, insanları və yükləri Aya və ondan kənara göndərmək üçün əsas raket kimi Starship-dən istifadə etməyi planlaşdırır.
Məlumdur ki, “Starship” paslanmayan poladdan hazırlanıb, “Super Heavy” raketi təkrar istifadə üçün nəzərdə tutulub və SpaceX-in planlaşdırılmış Ay missiyasında raketdən istifadə etmək üçün NASA ilə müqaviləsi var.