Cənubi Koreya Şimali Koreyaya xəbərdarlıq edibbackend

Cənubi Koreya Şimali Koreyaya xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyanın sərhəddəki Kesonq şəhərində hazırda qapalı olan birgə sənaye kompleksini icazəsiz istismar etməsi ilə bağlı Pxenyana yenidən xəbərdarlıq edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreyanın Birləşmə Nazirliyi, Şimal və Cənubun birgə idarə etdiyi Kaesong Sənaye Kompleksi sənaye parkında 30-a yaxın fabrikin icazəsiz yenidən işə salınması ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra açıqlama verib.

Bildirilib ki, keçmişdə olduğundan daha çox Şimali Koreyalı işçi kompleksə gedir.

Son zamanlar Şimali Koreyanın sənaye kompleksini icazəsiz işlətdiyinə dair əlamətlər görünməkdə davam edir.

2004-cü ildə Şimali və Cənubi Koreya arasında yaradılan sənaye parkının fəaliyyəti 2016-cı ildə dayandırılıb.