Meksika prezidenti ABŞ-ı ölkəsinə qarşı casusluqda ittiham edibbackend

Meksika prezidenti ABŞ-ı ölkəsinə qarşı casusluqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-ı ölkəsinə casusluq etməkdə və onun daxili işlərinə qarışmaqda ittiham edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Obrador Sinaloa kartelinin 28 üzvünə qarşı ABŞ-a külli miqdarda fentanil qaçaqmalçılığı ittihamı ilə bağlı məlumatın Meksikadakı ABŞ kəşfiyyatçıları tərəfindən əldə edildiyini və xarici kəşfiyyat işçilərinin ölkəsində ola bilməyəcəyini qeyd edib.

O, fentanilin Meksikada istehsal edilmədiyini və bunun ABŞ problemi olduğunu ifadə edib.

Obrador bildirib ki, ölkəsində insanların təhlükəsizliyini təmin etmək onların prioritetidir və bundan sonra fentanil qaçaqmalçılığı ilə mübarizədə ABŞ ilə əməkdaşlıq edə bilərlər.

Digər tərəfdən, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) keçmiş müdafiə naziri Salvador Cienfuegos 16 oktyabr 2016-cı ildə ABŞ-da “çirkli pulların yuyulması və narkotik vasitələrin qanunsuz dövriyyəsi” ittihamı ilə saxlanılıb.