Rus işğalçı qüvvələri Gürcüstan vətəndaşını saxladıbackend

Rus işğalçı qüvvələri Gürcüstan vətəndaşını saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dvani kəndi yaxınlığındakı işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

İnterpress.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən bununla bağlı açıqlama verilib.

Məlumata görə, qanunsuz saxlanma ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini aktivləşdirib. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.

“Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – DTX bildirib.