Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, Mixeil Saakaşvili “skeletə çevrilib”.
İnterpress.az xəbər verir ki, bu barədə Giuli Alasaniya Vivamed klinikasında jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Saakaşvili yemək qəbul edir, lakin bədəni qəbul edə bilmir.
“İnsan skeletə çevrilib, ayağa qalxanda onurğasının tam əyildiyi görünür, 100 yaşlı kişi kimi, ayaq üstə güclə dayanır. O, qida qəbul edir, lakin problem ondadır ki, orqanizmi qəbul edə bilmir”, -deyə Alasaniya qeyd edib.
Bundan əlavə, o, Saakaşvilinin işi ilə bağlı Strasburq məhkəməsinə şikayət göndərilməsindən də danışıb.
Giuli Alasania rusiyalı müxalif siyasətçi Aleksey Navalnıdan misal çəkib. “Orada göstərilir ki, bu, məqsədəuyğun müddətdə baş verməlidir, lakin düzünü desəm, bu məqsədəuyğun müddətin nə vaxt oldacağını bilmirəm. Navalnı məsələsində, səhv etmirəmsə, 3 həftə çəkdi, bizdə isə necə olacağını bilmirəm. Azadlıq və imkan verilməlidir ki, sağlamlığını bərpa edə bilsin”, – deyə Alasaniya bildirib.