İranda Qasım Süleymaniyə “od vurdular”.
İnterpress.az xəbər verir ki, İranın Kerman şəhərində uşaq qatili kimi tanınan Qasım Süleymaninin banneri azadlıqsevər gənclər tərəfindən yandırılıb.
Qeyd edək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ-nin xüsusi əməliyyatı zamanı İraqın Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında öldürülüb. Sözügedən əməliyyat prezident Donald Trampın şəxsi göstərişi ilə hazırlanıb.