Almaniyada idman zalında bıçaqlı hücum: 4 yaralı varbackend

Almaniyada idman zalında bıçaqlı hücum: 4 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada idman zalında bıçaqlı hücum nəticəsində 4 nəfər ağır yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyanın Duysburq şəhərində idman zalında baş verən hadisədə təcavüzkarın soyunub-geyinmə otağında bıçaqla insanlara hücum etdiyi və 4 nəfəri ağır yaraladığı bildirilib.

Polis yaralılardan 3-nün həyati təhlükəsi olduğunu və təcavüzkarı axtardıqlarını açıqlayıb.

Bildirilib ki, hadisə ilə bağlı istintaq davam edir və hücumun hansı məqsədlə həyata keçirildiyi hələlik məlum deyil.

Alman mətbuatında yer alan xəbərlərdə hücumçunun hücumu ağlını itirərək reallaşdırdığı iddia edilib.