“YAŞAT” Fonduna daxil olan vəsaitin 75 780 162.18 manatı xərclənib.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.
Bildirilib ki, vəsaitin 42 milyon manata yaxını məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunub.
Bundan əlavə, 25 milyondan çoxu tibbi xərclərin ödənilməsi, 7 milyondan çoxu borc öhdəliklərinin qarşılanması, 2 milyondan çoxu isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına xərclənib.
Qeyd edək ki, Fonda indiyədək 77 598 762.06 manat vəsait yığılıb.
Hazırda Fondda 1 818 599.88 manat vəsait qalıb.