Tunisin cənub sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin cənub bölgəsindəki Sfaks şəhəri yaxınlığında və Kerkana adası yaxınlığında balıq tutan bir qayıqçının batan qayığı tapdığını, 4 miqrantın isə dəniz təhlükəsizlik qrupları tərəfindən xilas edildiyi bildirilib. İtkin düşən 15 immiqrantın axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Qeyd edək ki, Tunisdə 3 ayda 27 mindən çox qanunsuz miqrant saxlanılıb.
Tunis Milli Təhlükəsizlik Qüvvələrindən bildirilib ki, yanvarın 1-dən martın 31-dək Tunis yaxınlığında həyata keçirilən əməliyyatlarda 900-ə yaxın qanunsuz miqrasiya cəhdinin qarşısı alınıb və əksəriyyəti Saharadan olan 27 mindən çox qanunsuz miqrant tutulub.