Pakistanda parlamentə girən pişik ofis ləvazimatlarını zədələyibbackend

Pakistanda parlamentə girən pişik ofis ləvazimatlarını zədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın paytaxtı İslamabadda parlament binasına daxil olan vəhşi çöl pişiyi bir çox ofis materialına ziyan vurub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, deputatlar səhər saatlarında parlament binasına gələndə bəzi ofislərdə televizor və monitorların söküldüyünü görüblər.

Sonradan məlum olub ki, buna vəhşi çöl pişiyi səbəb olub. Vəhşi çöl pişiyi tapdığı çuxurdan binaya daxil olub, çıxmaq istəyərkən bir çox ofis ləvazimatlarını zədələyib.