Kolumbiyada polisə silahlı hücum: 14 yaralı varbackend

Kolumbiyada polisə silahlı hücum: 14 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada şəxsi mülklərdən birində təxliyyə həyata keçirən təhlükəsizlik qüvvələrinə silahlı hücum nəticəsində 14 polis yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Antioquia inzibati bölgəsindəki Yondo qəsəbəsində xüsusi bir mülkdə təxliyyə əməliyyatı həyata keçirən Kolumbiya İqtisadiyyata Müdaxilə Birimi ESMAD-a əl istehsalı bombalı hücum təşkil edilib.

Partlayışda 3-ü ağır olmaqla 14 polis əməkdaşı yaralanıb. Bölgəyə əlavə qüvvələr göndərildikdən sonra təhlükəsizlik nəzarəti təmin edilib.

Antioquia qubernatoru Annibal Gaviria Correa hücumun səbəbkarlarını tapmağa kömək edəcək şəxslərə böyük pul mükafatları veriləcəyini açıqlayıb.

Hadisə özəl bir neft şirkətinin ərazisini zəbt edənləri polisə xəbər verməsi ilə başlayıb.

Polis əraziyə gəldikdən sonra maskalı şəxslərlə təhlükəsizlik qüvvələri arasında uzun müddət gərginlik yaşanıb. Ona molotof kokteyli və partlayıcı ilə hücum edən qrupa polis gözyaşardıcı qazla cavab verib.