Avropa Birliyinin (Aİ) Sudandakı humanitar missiyasının rəhbəri Vim Fransen güllələnərək yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, münaqişələrin baş verdiyi Sudanda məskunlaşan Belçika vətəndaşı Fransen bazar günü paytaxt Xartumda yoxa çıxıb və çərşənbə axşamı yaralı halda tapılıb.
Fransenin zədəsinin ciddi olduğu, lakin həyatı üçün təhlükə olmadığı açıqlanıb.
Aİ rəsmiləri təhlükəsizlik səbəbi ilə Fransenin vəziyyəti barədə ətraflı məlumat verməyiblər.
Münaqişə başlayandan sonra AB-nin Sudandakı səfiri İrlandiya vətəndaşı Adrian O’Hara da öz iqamətgahında hücuma məruz qaldığı açıqlanıb.
Səfirin vəziyyəti yaxşıdır.