Qonşu Gürcüstanın Tercola bələdiyyəsinin Ğvankit kəndində oğul öz atasını qətlə yetirib.
İnterpress.az xəbər verir ki, qətldən əvvəl ata və oğul arasında sözlü qarşıdurma olub. Qonşuların sözlərinə görə, ata və oğul arasında məişət zəmnində tez-tez mübahisələr yaranırmış, bu dəfə isə mübahisə qətl hadisəsi ilə yekunlaşıb. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, gənc oğlan hadisədən sonra gizlənməyə çalışsa da, polis onu saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu (qəsdən adam öldürmə) maddəsi ilə istintaq başladılıb. Saxlanılan şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.