İranda WhatsApp və İnstagram-a qoyulan qadağa aradan qaldırıla bilər
İnterpress.az xəbər verir ki, ötən ilin ikinci yarısından etibarən İnstagram və WhatsApp sosial şəbəkələrinə İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə blok tətbiq edilib.
İran prezidenti İbrahim Rəisi bildirib ki, iki xarici platformanın fəaliyyəti yalnız onlar ölkə daxilində ofis yaratdıqdan və ölkədaxili qanunlara əməl edəcəklərinə dair öhdəlik götürdükdən sonra davam edə bilər.