ABŞ Prezidenti ilə bağlı sorğu keçirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sorğuya görə, keçən həftə 2024-cü il prezident seçkilərində namizəd olacağını açıqlayan, lakin hələ rəsmi açıqlama verməyə hazır olmadıqlarını deyən ABŞ prezidenti Co Baydenə ictimai dəstək 39-a düşüb.
14-16 aprel tarixlərində keçirilən sorğuya əsasən, amerikalıların yalnız 39 faizi Baydenin prezidentlik fəaliyyətini dəstəkləyir.
Beləliklə, Baydenin siyasətinə ictimai dəstək əvvəlki ayla müqayisədə 3 pillə azalıb.
Bu nisbət, Baydenin 2021-ci ilin oktyabrında ən yüksək səviyyəyə çatdığı 44.1 faizlik təsdiq nisbətindən 5 bal aşağı olmaqla fərqlənib. Prezidentliyə gəldiyi gündən bəri COVID-19 pandemiyası və yüksək inflyasiya rəqəmləri ilə mübarizə aparan Baydenə ictimai dəstək 2022-ci ilin may və iyun aylarında 36 faizə qədər azalıb.
80 yaşlı Baydenin üzləşdiyi ən mühüm problemlərdən biri xalqın iqtisadiyyatdan narazılığı olsa da, respondentlərin 10 faizi ətraf mühit və cinayət nisbətlərinin ölkənin ən böyük problemlərindən olduğunu bildirib.






