SSRİ tərəfindən sürgün və edam edilən 208 özbək ziyalısına bəraət verilibbackend

SSRİ tərəfindən sürgün və edam edilən 208 özbək ziyalısına bəraət verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda 1930-1931-ci illərdə keçmiş Sovet İttifaqında rejim əleyhinə olduqları üçün həbs, sürgün və edam edilən 208 özbək ziyalısına məhkəmə qərarı ilə bəraət verilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Özbəkistan Ali Məhkəməsindən verilən açıqlamada 1930-1931-ci illərdə təzyiqlərə məruz qalan, həbs düşərgələrinə göndərilən, həbs edilən, sürgün edilən və məhkəmə qərarı olmadan edam edilən 208 ziyalıya bəraət verilməsi ilə bağlı işin başa çatdığı qeyd edilib.

Bəyanatda bu ziyalıların keçmiş sovet administrasiyası tərəfindən rejimə qarşı çıxmaqda, silahlı dəstə yaratmaqda, silahlı üsyanda, reydlər keçirməkdə və rejimə qarşı xarici dövlətlərlə əməkdaşlıqda ittiham edildiyi bildirilib və Ali Məhkəmənin Özbəkistan onlara bəraət vermək qərarına gəlib.

Qeyd edək ki, Sovet dövründə 100 min insan həbs edilib, 13 min nəfər güllələnib.

Özbəkistanda 1920-1950-ci illərdə keçmiş Sovet İttifaqı rejimi tərəfindən müxtəlif cəzalara məhkum edilmiş şəxslərin bəraət alması üçün işlərin aparılması üçün hökumətin qərarı ilə komissiya yaradılıb.

Keçmiş Sovet İttifaqında 1937-1953-cü illər arasında Özbəkistanda rejim əleyhinə olduqları üçün təxminən 100 min insan müxtəlif cəzalara məhkum edilmiş, 13 min nəfər güllələnmişdir.