NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın paytaxtı Kiyevə səfər edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Stoltenberq Kiyevə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Ukraynaya dəstək üçün gəlib.
Müharibədə həyatını itirən ukraynalı əsgərlərin xatirəsini ehtiramla yad edən NATO-nun baş katibi şəhər meydanında nümayiş etdirilən Rusiyaya məxsus zədələnmiş hərbi texnikaya baxıb.