Aİ Ukraynadan taxıl idxalını bərpa etməyə çalışır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) Ukraynadan taxıl idxalını qadağan edən üzvlərinin narahatlıqlarını aradan qaldırmaq üçün fermerlərə əlavə dəstək və bəzi Ukrayna məhsullarına məhdudiyyətlər tətbiq edən plan hazırlayıb.
Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis və Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qarşı olan və buna qarşı tədbirlər həyata keçirən Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya nümayəndələri ilə görüşdən sonra bəyanat yayıblar.
İstehsalçıların vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqlarının aradan qaldırılması üçün Aİ tərəfindən hazırlanmış hərtərəfli təkliflərin bu ölkələrə təqdim edildiyi vurğulanıb.