Fransada 3 gündür xəstəxanada yer tapa bilməyən xəstə dünyasını dəyişib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanın Qrenobl şəhərində təcili yardımda 3 gün çarpayı gözləyən 91 yaşlı xəstə dünyasını dəyişib.
Xəstəxananın Təcili Yardım şöbəsinin müdiri Mark Blançer yataq böhranının uzun müddətdir davam etdiyini bildirib.
Sözügedən xəstənin ölümü ilə bağlı Blançer “Günlərdir xəstəxanada fəlakətli vəziyyət hökm sürür” deyib.
Təcili yardım xidmətlərində uzun müddətdir davam edən böhran səbəbiylə psixiatriya, geriatriya kimi bəzi xidmətlərə artıq xəstələr qəbul edilmir.
Dekabr ayından bəri eyni xəstəxanada çarpayı növbəsi gözləyərkən 3 nəfər dünyasını dəyişib.
Ölən xəstələrdən birinin meyiti xəstəxananın tualetində tapılıb.
Digər tərəfdən, COVID-19 epidemiyasından bəri tətbiq edilən məhdudiyyətlərə görə yoldaş kimi qəbul edilməyən və təkbaşına növbə gözləyən xəstələrin “laqeydlikdən” dünyasını dəyişdiyi bildirilir.