Hindistanın Qucarat əyalətində məhkəmə 2002-ci ildə azı 1000 nəfərin ölümünə səbəb olan hadisələrdə 11 müsəlmanın ölümündə ittiham olunan 67 nəfərə bəraət verib.
Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.
2002-ci il fevralın 28-də Hindistanın Qucarat ştatının Əhmədabad şəhərindəki məhkəmə müsəlmanların evlərinə hücum edərək 11 nəfəri qətlə yetirməkdə ittiham olunan şəxslərə hökmünü elan edib.
Məhkəmə hakim Bharatiya Janata Partiyasından (BJP) Qucaratın keçmiş qadın və uşaq inkişafı naziri Maya Kodnani və ultramillətçi Bajrang Dal qrupunun icraçı direktoru Babu Bacrangi də daxil olmaqla 67 nəfərə bəraət verib.
67 nəfərin bəraət alması ilə 11 müsəlmanı qətlə yetirməkdə günahlandırılanların hamısına bəraət verilib.