“Həm Moskva, həm Vaşinqton, həm də Brüssel öz maraqları naminə İrəvandan istifadə etməyə çalışır” – RƏYbackend

“Həm Moskva, həm Vaşinqton, həm də Brüssel öz maraqları naminə İrəvandan istifadə etməyə çalışır” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm Moskva, həm Vaşinqton, həm də Brüssel öz maraqları naminə İrəvandan istifadə etməyə çalışır. Bu baxımdan demək olar ki, Paşinyan üç tərəfdən təzyiq altındadır”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov bildirib.

“Nəzərə almaq lazımdır ki, Ermənistan daxilində mövcud iqtidarın siyasətindən narazı olan, həmçinin Rusiyaya bağlı xeyli qüvvə var. Kremlin əlaltıları vasitəsilə Ermənistanda çox şey edə, o cümlədən Paşinyanın “qulağını çəkə bilər”. Əlbəttə, bunu hökumət başçısı özü də bilir. Onun təhlükəsizliyi ilə bağlı əsas narahatlığı da, yəqin, bununla bağlıdır. Ümumiyyətlə, Paşinyan riskli addımlar atır. Və təbii ki, ehtimal olunan risklər həm Paşinyanın hakimiyyətinə, həm də onun şəxsi təhlükəsizliyinə aiddir. Sözsüz ki, baş nazirin təhlükəsizlik tədbirlərini gücləndirməsi birmənalı olaraq ona qarşı hansısa sui-qəsd planı hazırlanması və ya bunun baş verəcəyi kimi qiymətləndirilməlidir. Hərçənd, görünür iqtidardan narazı qüvvələr getdikcə artır. Bu mənada gələcəkdə hakimiyyət əleyhinə aksiyaların baş tutması və hətta çevriliş cəhdləri istisna deyil. Belə bir ssenari məhz Rusiyanın iştirakı ilə də mümkündür. Çoxlarına sirr deyil ki, Moskva indiyədək bir neçə dəfə Paşinyanı devirmək istəyib. Amma Qərb onu hakimiyyətdə saxlamağı bacarıb”, – ekspert əlavə edib.