Rusiyada bayramı namazında izdiham: məscidlərdə yer yoxdurbackend

Rusiyada bayramı namazında izdiham: məscidlərdə yer yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bayramı namazında izdiham yaşanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman bayram namazını küçələrdə qılıb.

Müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi Məscidinə axışıb.

Moskva vilayətində 30-dan çox məntəqədə bayram namazı üçün xüsusi sahə hazırlanıb.

Paytaxtdakı məscidlərdə namaz qılmaq istəyənlər ətrafdakı metro stansiyalarında və küçələrdə sıxlıq yaradıblar.

Məscidlərə sığmayan minlərlə nəfərlik camaat təhlükəsizlik səbəbilə nəqliyyatın hərəkətinə qapadılan metrlərlə küçələrə, xiyabanlara və parklara axıb.

Polisin təhlükəsizlik tədbirləri gördüyü küçələrdə müsəlmanlar uyğun gördükləri küçələrdə seccadelərinin üstündə dayanıblar.

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının prezidenti Ravil Qaynuddin Moskva Mərkəzi Məscidində xütbə oxuyub.

O, Rusiya prezidenti Vladimir Putinin, Rusiyanın baş naziri Mixail Mişustinin və Moskva meri Sergey Sobyaninin Rusiya müsəlmanlarına ünvanladığı təbriki oxuyub.