NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində iştirak edəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.
Stoltenberq Almaniyanın Ramşteyn Hava Bazasında ABŞ-ın ev sahibliyi etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupu Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra ilk dəfə dünən Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq, Zelenski ilə görüşündə Ukraynanı sona qədər dəstəkləyəcəkləri mesajını verdiyini çatdırıb.
Stoltenberq deyib: “Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim. Onun dəvətimi qəbul etdiyi və sammitdə iştirak edəcəyi üçün şadam. Bir gün, bu müharibə başa çatdıqda, tarixin təkrarlanmamasını, Rusiyanın bir daha Ukraynaya qarşı müharibə etməməsini, Avropanın təhlükəsizliyini məhv etməməsini təmin etməliyik. Ona görə də təhlükəsizlik çərçivəsini müzakirə etməliyik”.
2008-ci ildə Buxarest Sammitində NATO ölkələrinin gələcəkdə NATO-ya üzv olmaq qərarına gəldiyini xatırladan Stoltenberq, Ukraynanın NATO-ya üzvlük və təhlükəsizlik təminatları məsələsini də Zelenski ilə müzakirə etdiyini bildirib.