Almaniyada tətil: stansiyalar boş qaldıbackend

Almaniyada tətil: stansiyalar boş qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Dəmir Yolu İşçiləri Həmkarlar İttifaqının (EVG) təşkil etdiyi xəbərdarlıq tətili səbəbiylə maaşların artırılması tələbi ilə qatar səfərləri həyata keçirilməyib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Alman Dəmir Yolları (Deutsche Bahn) sərnişinlərin əksəriyyətinin tətilə hazır olduqlarını bildirib.

Tətilin bu gün axşam saatlarına qədər davam edəcəyi təxmin edilir.

Onlar əmək haqqının 5 faiz artırılması və 2500 avroluq birdəfəlik ödənişi nəzərdə tutan əmək haqqı artımı təklifini rədd ediblər və 230 min işçinin maaşının 12 faiz artırılmasını və ya ayda ən azı 650 avro əlavə olunmasını tələb ediblər.

Bundan əlavə, hava limanlarında tətil bu gün də davam edir.

Digər tərəfdən Düsseldorf, Köln/Bonn, Hamburq hava limanlarında təhlükəsizlik işçilərinin dünən başlayan və bu gün sona çatacaq tətili səbəbilə yüzlərlə uçuş ləğv edilib.

Köln/Bonn hava limanında 170, Düsseldorfda isə 160 reys ləğv edilib, Hamburqda isə heç bir uçuş həyata keçirilməyib.

Ştutqart Hava Limanından verilən açıqlamada Verdi Sindikatının bu gün tətil çağırışına görə hava limanından heç bir təyyarənin qalxmadığı və enişin mümkün olmadığı bildirilib.

Verdi İttifaqı işəgötürənlərlə kollektiv danışıqlarda təhlükəsizlik işçilərinin gecə və bayram işlərinə görə maaşlarının artırılmasını tələb edir.