Tayvanın paytaxtı Taybeydə 4 aydır təmirdə olan körpü uçub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Tayvanın paytaxtı Taybeyin Vuqu rayonunda dekabr ayından təmir edilən körpü uçub.
Hadisə yerinə xilasedicir və ilkin tibbi yardım briqadaları göndərilib. Qəzada xəsarət alan 3 işçiyə xəstəxanada tibbi yardım göstərilib.
Güclü korroziyaya görə təmir edilən körpüdə işlər avqust ayında yekunlaşmalı idi.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.