“Azərbaycan həqiqətən də humanist dövlətdir”.
İnterpress.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
“Laçında sərhəd keçid məntəqəsinin qurulmasının saxta “erməni soyqırımı” gününə təsadüf etməsi, ermənilərə iki uydurma hadisəyə bir gündə ağlamaq imkanı verdi. Buna görə ermənilər Ali Bas Komandan İlham Əliyevə və Azərbaycan Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə təşəkkür etməlidir”, -o əlavə edib.
Qeyd edək ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.