Afrikadan Hindistana gətirilən çitalardan ikincisi də ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Afrikadan gətirilən ikinci çita Hindistanın Madhya Pradeş əyalətindəki Kuno Milli Parkında ölüb.
BBC-nin xəbərinə görə, Hindistanın meşə və vəhşi təbiət səlahiyyətliləri tərəfindən edilən açıqlamada Afrikadan Hindistana gətirilən 12 çitadan ikincisinin fevral ayında öldüyü qeyd edilib.
Çitanın ölüm səbəbi məlum olmasa da, bunun son bir ayda ikinci çita ölümü olduğu bildirilib.
Qeyd edək ki, 8 Namibiya çitası isə 2022-ci ilin sentyabrında gətirilib.
Dünyanın ən sürətli quru heyvanı olan çitanın yenidən yetişdirilməsi üçün Hindistanda “The Cheetah Project” adlı layihə çərçivəsində 17 sentyabr 2022-ci il tarixində Hindistanın Madhya Pradeş əyalətindəki Kuno Milli Parkına səkkiz Namibiya çitası gətirilib.
Proqram çərçivəsində fevralın 18-də Namibiyadan ölkəyə daha 12 çita gətirilib.
Namibiyadan Hindistana aparılan çitalardan birinin mart ayında 4 bala dünyaya gətirdiyi açıqlanıb.
Madhya Pradeş əyalətindəki vəhşi təbiət qoruğu olan Kuno Milli Parkında qorunan çitalardan birinin mart ayının sonunda böyrək çatışmazlığından öldüyü açıqlanıb.
Bildirilir ki, çitalar Hindistanda həddindən artıq balıq ovu və yaşayış yerlərinin itirilməsi səbəbindən tamamilə yoxa çıxan yeganə iri ətyeyən heyvandır. Hindistanda sonuncu çitanın 1947-ci ildə Koriya bölgəsində öldüyü təxmin edilirdi, çitaların nəsli kəsildiyi isə 1952-ci ildə elan edilib.