Nigeriyada meningitdən ölənlərin sayı 118-ə çatıbbackend

Nigeriyada meningitdən ölənlərin sayı 118-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Nigeriyada menenjit epidemiyasında həyatını itirənlərin sayı 118-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, yanvarın 1-dən paytaxt Abuca ilə yanaşı, 22 ştatda da menenjit epidemiyasının yayılmağa davam etdiyi bildirilib.

Bu müddət ərzində 1479 şübhəli menenjit hadisəsinin görüldüyü və testlərin 235-nin müsbət çıxdığı bildirilib.

Epidemiya nəticəsində həyatını itirənlərin sayının 118-ə yüksəldiyi, xəstəlikdən ən çox təsirlənən yaş qrupunun isə 5-14 yaş olduğu bildirilib.

Nigeriya hökuməti isə 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün qlobal hədəfə sadiq olduğunu açıqlayıb.

Beyindən başlayaraq bütün bədəni təsir edən menenjit hava yolu ilə də keçə bilər.