Avstraliya hərbi müdafiə büdcəsini artırırbackend

Avstraliya hərbi müdafiə büdcəsini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin bölgədəki hərbi mövcudluğunu artırarkən, Avstraliya avadanlıq və sursat istehsal edə bilmək üçün müdafiə sahəsinə daha çox sərmayə qoymağı planlaşdırır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Baş nazir Anthony Albanese, mətbuat konfransında, hesabatın Avstraliyanın müdafiə sahəsində kifayət qədər potensiala və hazırlıq səviyyəsinə sahib olub olmadığını qiymətləndirmək üçün hazırlandığını söyləyib.

Bu araşdırmanın İkinci Dünya Müharibəsindən sonra hazırlanan ən əhatəli hesabat olduğunu bildirən Albanese deyib: “Milli təhlükəsizliyimizə qarşı təhdidlərin davamlı olaraq artdığı bir mühitdə artıq köhnə məlumatlarımıza etibar edə bilmərik. Biz milli təhlükəsizliyimizi gücləndirəcək və yarana biləcək çağırışlara hazır olmağımızı təmin edəcək hesabatın nəticələrini dəstəkləyirik”.

Avstraliya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anqus Hyuston və keçmiş müdafiə naziri Stiven Smitin hazırladığı hesabatda hökumətin müdafiəyə cari xərclərindən daha çox pul xərcləməsi, müdafiə ləvazimatları və sursatların ölkə daxilində istehsalının vacibliyi vurğulanıb.

Hindistan və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean regionunun əsas ölkələri ilə müdafiə tərəfdaşlıqlarını dərinləşdirməyi təklif edən hesabatda Çinin hərbi mövcudluğunun İkinci Dünya Müharibəsindən sonra kəskin şəkildə artdığı irəli sürülüb.

ABŞ-ın nüvə texnologiyası ilə təchiz edilmiş Avstraliya sualtı donanmasının yaradılması üçün Avstraliya, Böyük Britaniya və ABŞ arasında AUKUS tərəfdaşlığını dəstəkləyərkən, Avstraliyanın köhnə müdafiə siyasətinin artıq öz məqsədinə xidmət etmədiyi və yenilənməsinə ehtiyac olduğu qeyd edilib.