Kosovonun AŞ-a üzvlüyü ilə bağlı mühüm qərarbackend

Kosovonun AŞ-a üzvlüyü ilə bağlı mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovonun Avropa Şurasına üzvlük üçün müraciətinin birinci mərhələsi başa çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kosovo Xarici İşlər və Diaspor Nazirliyi Avropa Şurası Nazirlər Komitəsinin Kosovonun şuraya üzvlük müraciətini bəyəndiyini və onu Avropa Şurası Parlament Assambleyasına (AŞPA) göndərdiyini açıqlayıb.

Qərarın üzv ölkələrin üçdə ikisindən çoxunun səsi ilə alındığı bildirilən bəyanatda vurğulanıb ki, bu müsbət qərar uzun və gərgin işdən, Avropa Şurasına üzv dövlətlər və digər müttəfiqlərlə sıx əməkdaşlıqdan sonra qəbul edilib.

Bəyanatda həmçinin elan edilib ki, Kosovonun şuraya üzvlük prosesində növbəti addım AŞPA-nın Kosovonun üzvlük müraciəti ilə bağlı rəy hazırlaması və bu rəyi üzvlüklə bağlı yekun qərarı verəcək Nazirlər Komitəsinə təqdim etməsidir.