BMT qarşıdurmalara baxmayaraq Sudandan çəkilməyəcəyini açıqlayıbbackend

BMT qarşıdurmalara baxmayaraq Sudandan çəkilməyəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT qarşıdurmalara baxmayaraq Sudandan çəkilməyəcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş şəxsi heyətin qarşıdurmaların davam etdiyi Sudanda daha təhlükəsiz məntəqələrə köçürüldüyünü, lakin bu ölkə daxilində və xaricində əməliyyatlarını davam etdirəcəklərini bildirib.

BMT sözçünün müavini Fərhan Haqın yazılı açıqlamasına görə, baş katib Quterreş BMT-nin yüzlərlə əməkdaşının Xartum və digər yerlərdən təhlükəsiz şəkildə köçürülməsini alqışlayıb.

Əməliyyatın təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün əməkdaşlığa görə Sudan hakimiyyətinə təşəkkürünü bildirən Quterreş bütün tərəfləri münaqişəyə dərhal son qoymağa və mülki şəxslərin təxliyəsini təmin etməyə çağırıb.

BMT-nin Sudan xalqı ilə həmrəy olduğunu və demokratik keçid və təhlükəsiz gələcək üçün birgə çalışmaya davam edəcəyini bildirən Quterreş deyib ki, BMT Sudan daxilində və xaricində əməliyyatlarını davam etdirəcək.

Baş katib qeyd edib ki, o, tərəfdaşlarla birlikdə gərginliyin azaldılması və daimi atəşkəs rejimini dəstəkləməyə davam edəcək.