Tunis sahillərində ikisi uşaq olmaqla 31 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cebabli verdiyi yazılı açıqlamada, ikisi uşaq olmaqla 30 qeyri-qanuni miqrantın cəsədinin ölkənin cənubundakı Şafaks şəhəri və şərqindəki Mehdiyə şəhəri sahillərində sahilə atıldığını bildirib.
Cebablı bildirib ki, Tunisin cənub-şərqindəki Qabes şəhəri sahillərində qeyri-qanuni miqrant cəsədi də tapılıb.
Tunis rəsmisi, sözügedən cəsədlərin ilkin təsbitlərə görə Afrika ölkələrindən gəldiyi düşünülən qeyri-qanuni miqrantlara aid olduğuna diqqət çəkib.
Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Tunisə gəlir.
Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan Sub-Sahara Afrika ölkələrindən olan mühacirlərin bir qismi Avropaya çatmağı bacarır, digərləri isə dənizdə ölür.