“Azərbaycan hər şeyə rəğmən yalnız öz mənafelərinin təmin olunması və məqsədlərini yerinə yetirməyə fokuslanıb”backend

“Azərbaycan hər şeyə rəğmən yalnız öz mənafelərinin təmin olunması və məqsədlərini yerinə yetirməyə fokuslanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dövlətinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması, bizim polad iradəmizi bütün dünyaya nümayiş etdirir. Bu fakt bütün dünya azərbaycanlıları üçün bayram əhval-ruhiyyəsi yaradıb.

Bu gün Azərbaycan dövlətinin, onun siyasi və hərbi rəhbərliyinin ortaya qoyduğu mövqe sayəsində və beynəlxalq hüququn bizə tanıdığı haqlarımız çərçivəsində Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsi deməkdir.

Bu reallıq dünyanın bütün nöqtələrində yaşayan, o cümlədən qardaş Türkiyədə fəaliyyət göstərən milyonlarla azərbaycanlının qəlbində və evində bayram əhval-ruhiyyəsi yaradıb.

Azərbaycan bütün ikili yanaşmalara, bəzi dövlətlərin ədalətsiz mövqelərinə baxmayaraq, öz məqsədlərinə uğurla çatmaqdadır.

Hər zaman olduğu kimi, yenə bizə qarşı ikili standartlar tətbiq olunur. Yenə də, əsassız və absurd fikirlərlə Azərbaycanın və xalqımızın fədakar övladlarının ciddi əməyi, haqlı mübarizəsi hesabına əldə etdiyimiz tarixi nailiyyətlərə qarşı hücumlara keçənlər var.

Ancaq Azərbaycan hər şeyə rəğmən yalnız öz mənafelərinin təmin olunması və məqsədlərini yerinə yetirməyə fokuslanıb.

4 aydan artıqdır Azərbaycan gəncliyinin, ekofəallarımızın əsas tələblərindən biri də məhz bu sərhəd-keçid məntəqəsinin qurulması idi.

Bu gün bu hərəkatın nəticəsi göz qabağındadır və məhz bu tarixi əhəmiyyət kəsb edən, bir növ Zəfər xarakteri daşıyan qeyd etdiyimiz sərhəd-keçid məntəqəsinin qurulması gerçəkliyi xalqımızın Azərbaycan rəhbərliyinə olan inamını və gəncliyimizə olan ümidləri daha da gücləndirir.

İnterpress.az-ın analitik qrupu