Keniyada aclıq aksiyasının lideri ən azı 1000 nəfərin öldüyünü iddia edirbackend

Keniyada aclıq aksiyasının lideri ən azı 1000 nəfərin öldüyünü iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyanın Malindi qəsəbəsində İsa peyğəmbərə qovuşmaq üçün aclıq aksiyası keçirərək dünyasını dəyişənlərin sayının 1000 nəfəri keçdiyi iddia edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Malindidəki kilsə yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatdığı, 112 nəfərin hələ də itkin düşdüyü və cəsədlərin sayının arta biləcəyi bildirilib.

Keniya prezidenti Vilyam Ruto hadisənin terrordan fərqli olmadığını söyləyib: “Terrorçular öz iyrənc əməlləri üçün dindən istifadə edirlər. Bu tip adamların, digər terrorçuların və cinayətkarların dini yoxdur. Mənsub olduqları yer həbsdədir, orada olmalıdırlar”.