Ümumdünya Səhiyyə Təşkilatı Sudandakı qarşıdurmada 459 nəfərin öldüyünü açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Vellucci-nin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.
Görüşdə Sudanda davam edən silahlı münaqişələrlə bağlı son vəziyyət müzakirə edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan nümayəndəsi Nima Said Abed aprelin 15-dən Sudanda davam edən qarşıdurmalarda ümumilikdə 459 nəfərin həyatını itirdiyini, 4072 nəfərin isə yaralandığını açıqlayıb.