İsveçin xarici işlər naziri Tobias Billström Rusiyanın Stokholmdakı səfirliyindən 5 diplomatın qovulmasına qərar verdiklərini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsveç dövlət televiziyası SVT-yə açıqlama verən xarici işlər naziri Tobias Billström Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Xarici İşlər Nazirliyinə çağırdığını və 5 rus diplomatı Vyana Konvensiyasına zidd hərəkət etdikləri üçün ölkəni tərk etmələrini söylədiklərini bildirib.
İsveç Milli Kəşfiyyat Təşkilatı SEPO-nun aprelin 21-də verdiyi açıqlamada o, İsveçdə çalışan 3 rusiyalı personaldan birinin Rusiya kəşfiyyatı üçün işlədiyi və İsveç üçün təhlükə olduğu barədə xəbərdarlıq edib.
Digər tərəfdən, Danimarka, Norveç, İsveç və Finlandiya dövlət televiziyası aprelin 19-da Rusiyanın Şimal dənizində külək turbinləri, qaz boruları, elektrik və internet kabellərini təxribat etməyə hazırlaşdığını iddia edib.
Bildirilib ki, dövlət televiziyalarının birgə araşdırması nəticəsində Rusiyanın Şimal dənizində balıqçı qayıqları və tədqiqat gəmiləri qiyafəsində donanmasının olduğu müəyyən edilib.
Danimarkanın xarici işlər naziri Anniken Huitfeldt də aprelin 14-də Rusiyanın Oslodakı səfirliyindən 15 diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Huitfeldt Moskvanın öz səfirliklərindən “gizli kəşfiyyat fəaliyyəti” həyata keçirmək üçün istifadə etməsinə icazə verməyəcəklərini açıqlamışdı.