Tunisdə son 48 saat ərzində 58 qanunsuz miqrantın cəsədi tapılıbbackend

Tunisdə son 48 saat ərzində 58 qanunsuz miqrantın cəsədi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə son 48 saatda ölkənin sahil bölgələrində 58 qanunsuz miqrantın cansız cəsədinin tapıldığı, əksəriyyəti Saharaaltı Afrika ölkələrindən olan 1242 nəfərin xilas edildiyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əngəllənən miqrasiya cəhdləri ilə bağlı məlumat verən Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cəbabli deyib:

“Bazar günü Şafaks, Karkana və Mehdiyə şəhərlərində 39 qanunsuz miqrasiya cəhdinin qarşısı alınıb, 30 nəfərin cəsədi çıxarılıb, 773 nəfər xilas edilib. Bazar ertəsi milli təhlükəsizlik orqanları tərəfindən 12 qanunsuz miqrasiya cəhdinin qarşısı alınıb, 469 nəfər xilas edilib. 28 nəfərin meyitini tapıblar”.

Qanunsuz miqrantların İtaliya sahillərinə doğru getdiyini qeyd edən Cebablı əlavə edib: “Xilas edilən və cəsədləri tapılanların çoxu Saharaaltı Afrika ölkələrinə aiddir. Beləliklə, 51 nizamsız miqrasiya cəhdinin qarşısı alınıb”.

Qeyd edək ki, hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Tunisə gəlir.

Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan Sub-Sahara Afrika ölkələrindən olan mühacirlərin bir qismi Avropaya çatmağı bacarır, digərləri isə dənizdə ölür.